Bir neçə gün sonra, yəni iyunun 24-də müəllimlər üçün sertifiakatlaşdırma imtahanı keçiriləcək. 60 yaşlı və ondan daha yuxarı yaşda olan müəllimlərin həmin imtahanda iştirakı məsələsi bir çoxları üçün sual yaradıb. Çünki könüllülüklə bağlı Qanun layihəsi Milli Məclisdə qəbul olunub.
***
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramova da bu yaşda olan müəllimlərin növbəti sertifikatlaşdırma imtahanında iştirak ilə bağlı çoxsaylı suallar ünvanlandığından məsələyə aydınlıq gətirəsi olub.
O, xatırladıb ki,  60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub və həmin layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
"Belə ki, MM-nin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək", - deyib.
Həmçinin Vüqar Bayramov onu da vurğulayıb ki, sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyi üçün həmin sənəddə qeyd edilənlər də növbəti sertifakatlaşdırma imtahanlarında yaşı 60 və daha yuxarı olanlara şamil ediləcək və hələki qaydalar əvvəlkitək qalmaqdadır.
"60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə isə sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan, cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq", -deyə bildirib.
Vüqar Bayramovun izahından belə məlum olur ki, 24 iyun tarixində keçiriləcək sertifakatlaşdırma imtahanlarında könüllülük prinsipi rol oynamayacaq, ona görə də yaşı çox olanlar da imtahanlara yaxşıca hazırlaşmalıdır.
Qeyd edək ki, 2020-ci ildən ali məktəblərdə dövlət imtahanlarının ləğv edilməsi barədə dövlət standartları qəbul edilib.  2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər. Həmin qərar da builki məzunlara şamil edilmədi.

Məsələ ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayev də açıqlamasında diqqətə çatdırdı ki, 2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər və dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır.

JASMİN 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN