Azərbaycanda saxta diplom məsələsi həmişə ağrılı problem olub...

Elə indinin özündə də... Məsələn, sərhədi bir dəfə Dağıstana keçib-gələn iqtisadçı-maliyyəçi diplomu alırsa, bilməlidir ki, o gələcəyin saxtakar mütəxəssisi- rəisi, bank müdiridir... Budur, bu ilin iyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədəTəhsildə Keyfiyyət Təminatı Agentliyi  (TKTA) məlumat yayıb. Məlumatda qeyd edilir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 112, dövlət nümunəli olmayan diplom səbəbilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 201, Rusiya Federasiyasından 152, Gürcüstandan 69, Türkiyə Respublikasından 23, Birləşmiş Krallıqdan 3, digər ölkələrdən isə 14 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 64, menecment üzrə 59, maliyyə üzrə 57, mühasibat üzrə 19, biznesin idarə edilməsi üzrə 17 müraciətçi qeydə alınıb.

Ən düzgün yol elə düzgün yoldur! Bunu gələcəyin mütəxəssisi olmaq istəyən gənc bilməli və saxtakarlığa getməməlidir...

XALİQ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN