Test mərhələsindən keçid balını toplayanlar esse mərhələsinə dəvət olunacaq, daha sonra isə müsahibə mərhələsi olacaq.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O, qeyd edib ki, bütün mərhələlərdən uğurlar keçən namizədlərin məktəblər üzrə təyinatları aparılacaq, proses tədris ilinin əvvəlinə qədər tamamlanacaq. "1889 nəfər namizəd var. Məktəb direktoru olmaq üçün namizədlərdən əsas tələb ali təhsil səviyyəsi üzrə pedaqoji təhsil və 5 illik bu sahə üzrə iş stajıdır. Şagird sayı 500-dən az olan məktəblər üçün direktor seçimi üçün test imtahanı əvvəlki aylarda təyin olunub", - deyə bildirib.

Onun sözlərinə görə, növbəti həftələr ərzində müsahibə mərhələləri regional təhsil idarələri tərəfindən həyata keçiriıəcək.

Şöbə müdiri onu da diqqətə çatdırıb ki, hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yer var və şagird sayı 150-yə qədər olan məktəblər üzrə müsahibələr də keçirilib:

"Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadılar. Şagird sayı 500-ə qədər olan məktəblər üçün müsahibələrin vaxtı iyul ayında elan olunacaq”, - o, bildirib.

Qeyd edək ki, sabah, iyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 İmtahanda 1889 direktorluğa namizəd iştirak edəcək.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN