Bir qayda olaraq, belə bir fikir formalaşıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən edilib, lakin bəzi işçilərin qısaldılmış iş həftəsində çalışmaq hüququ var.
Bunu TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev işçilərin həftəlik iş saatlarından danışarkən bildirib.
 
O, xatırladıb ki, Əmək Məcəlləsinin 91-93-cü maddələri, eyni zamanda Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmiş: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin siyahısına əsasən işçilərin bu səbəblərlə əlaqədar 24, 33 və ən çoxu 36 saat qısaldılmış iş həftəsində işləmək hüququ da vardır", - deyə xatırladıb.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN