Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinə (BSUN) üzv olan 20 Azərbaycan universitetinin nümayəndələrinin görüşü baş tutub.
Görüşdə Qara Dəniz Universitetləri Şəbəkəsinin Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda, baş katib Eden Mamut, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov çıxış ediblər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, qeyd edib ki, görüşdə, həmçinin BSUN-un fəaliyyətinə dair təqdimat edilib, iqlim dəyişikliklərinin təsirinin azaldılması ilə bağlı görülən işlərdən danışılıb.
"Eləcə də qurum tərəfindən COP29 çərçivəsində tədbirin keçirilməsi təklifi müzakirə olunub. “Qara Dəniz Regionu üzrə Rektorların 16-cı Konfransı” (16th Conference of Rectors from the Black Sea Region) ilə bağlı geniş məlumat verilib. Görüş zamanı Türkiyənin İstanbul Universitetinin nümayəndələri ilə onlayn bağlantı təşkil olunub. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb", - deyə Elmar Qasımov bildirib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN