Gəncədəki Yeni Məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinə dərslik əvəzinə, müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsait paylanıb.

"İnformatika", "Texnologiya" və "Ümumi tarix" fənləri üzrə şagirdlərdə olan metodik vəsaitlər isə təbii ki, onların ev tapşırıqlarını yerinə yetirmələrinə imkan vermir.

Bu barədə redaksiyamıza adlarının çəkilməsini istəməyən valideyinlər məlumat verib.

Bəs görəsən, müəllimlərin əyani vəsaitini şagirdlərə paylanmasında nə məqsəd güdülüb? Yəqin ki, Təhsil Nazirliyi bu faktı araşdıracaq.

Çox təəssüf ki, məsələ ilə bağlı sözügedən məktəbdən mövqe öyrənmək cəhdimiz alınmadı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN