“DİM tərəfindən ixtisas qruplarına müəyyən fənlər əlavə edildi.

I ixtisas qrupuna informatika, lll ixtisas qrupuna isə coğrafiya fənləri artırıldı. Həmçinin ll qrupdan bəzi ixtisaslar lll qrupa keçirildi. Bunlar Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarıdır.

TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib səsləndirib. O, informatika fənninin l ixtisas qrupuna əlavə edilməsini alqışlayıb:


“III ixtisas qrupunda blok imtahanı 2 mərhələyə ayrıldı - Tarix və tarix-coğrafiya alqoritmləri. Məsələn, regionşünaslıq və beynəlxalq münasibətlər üzrə təhsil almaq istəyənlər coğrafiyadan da imtahan verməli olacaqlar. I ixtisas qrupuna "İnformatika" fənninin əlavə edilməsini məqsədəuyğun hesab edirəm.”

O, narqzı qaldığı məqamı da açıqlayıb:

 “Burada İt sahəsinə aid xeyli ixtisaslar vardı, lakin "İnformatika" fənnindən imtahan verilmirdi. İnformatika üzrə ixtisasları seçən kimya-fizika əvəzinə məhz ixtisas fənnini bilməlidirlər. Lakin bir uyğunsuzluq var ki, abituriyentlərə 2-3 il əvvəldən deyilməliydi ki, hazırlaşa bilsinlər. Bu, surpriz qərar oldu”. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN