Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin rəhbərlərinə tapşırıq verib.

Bu barədə təhsil nazirinin müvafiq əmrində qeyd olunub.

Əmrə əsasən, idarə rəhbələri İdarənin möhür və ştamplarının hazırlanmasını, vergi orqanlarından vergi daşıyıcıaının eyniləşdirmə nömrəsinin (VÖEN) alınmasını və səlahiyyətli şəxslər üçün elekteon imzaların alınmasını bir ay müddətində təmin etməlidilər.

Eyni zamanda, onlar əsasında yaradıldığı rayon və şəhər təhsil şöbələrinin, strukturuna və tabeliyinə daxil edilən qurumların dövlət əmlakının idarənin mülkiyyətinı (balansına) verilməsi ilə bağlı inventarizasiyanın aparılmasını, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işlərini üç ay müddətində başa çatdırmalı və Nazirliyin Audit şöbəsinə bu barədə məlumat təqdim etməlidilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN