Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetinin (ATU) bu il institusional akkreditasiyası üzrə qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsil müəssisələrinin akkreditasiya qaydaları yeni redaktədə təsdiq edilib: "Sözügedən qaydalara uyğun olaraq ali təhsil müəssisələrinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları hazırlanıb və hazırda aidiyyəti qurumlar tərəfindən təsdiq olunma mərhələsindədir. Meyarlar təsdiq olunduqdan sonra mərhələli qaydada ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirməsi həyata keçiriləcək".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN