Azərbaycanda 133 özəl uşaq bağçası fəaliyyət göstərir.

Təhsil Nazirliyinin məlumatına görə, ölkədə ümumilikdə 1825 məktəbəqədər təhsil müəssisəsi var. Bu təhsil müəssisələrinin 1692-si dövlət məktəbəqədər təhsil müəssisələridir.

Belə məlum olur ki, ölkəmizdə 133 özəl uşaq bağçası fəaliyyət göstərir.

Qeyd edək ki, həmin uşaq bağçalarında qiymətlər də müxtəlifdir, təlim də, qidalanma da.

Çox zaman həmin bağçanın rəhbərinin (sahibinin) də kim olduğunu, hansı peşənin sahibi olduğunu da bilmirsən. Sadəcə, həmin bağçanın idarə edilməsi kimə isə tapşırılır və valideynlər də həmin şəxslə əlaqə saxlayır, görüşür, sözün deyir. Məlum olduğu kimi, özəl uşaq bağçalarında keyfiyyətli qidalanma, baxım,  təlim-tərbiyə və s. vəd edildiyi üçün imkan dairəsində valideynlər belə bağçalara üstünlük verirlər.

Lakin özəl bağçalardan da narazı qalan valideynlər az deyil - bəziləri uşağın yedizdirilməsindən (qidalanmadan), bəziləri düzgün nəzarət olmadığından tez-tez xəstələnməsindən, məşğələlərdə övladına olan diqqətsizlikdən...

 Xatırladaq ki, bu günlərdə təhsil naziri Emin Əmrullayev KİV-ə bildirib ki, qida rasionu ilə bağlı bağçalarda ilkin müşahidələr, monitorinqlər  aparılır.

“Təhsil Nazirliyi tərəfindən bir neçə il bundan əvvəl internat tipli məktəblərdə qidalanma normaları dəyişdirilib. Bağçalarda model bir az fərqlidir, amma yenə də oxşar modelə keçməyi və yaxud hər hansı formada qidalanmanın daha da uyğun formatda olmasını düşünürük. Çünki həmin qida normalarının bəziləri məntiqli görünmür. İstənilən halda bu istiqamətdə, o cümlədən apardığımız monitorinqlərdə bəzi bağçalarda – bu, yüzlərlədir – qidanın saxlanması, hazırlanması ilə bağlı və infrastrukturda ciddi problemlər müşahidə edilir. Bu istiqamətdə işlərimiz davam edəcək””.

...Mütləqdir ki, dövlət bağçaları kimi,  özəl uşaq bağçalarında (tələb etdikləri pulun müqabilində) da  vaxtaşırı yoxlamalar aparılsın.

Çünki belə özəl uşaq bağçalarında da özbaşınalıq halları, nəzarətsizlikdən istifadə az deyil...

 

Y.MƏMMƏDLİ   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN