Koronavirusa qarşı peyvəndlər saysız-hesabsız insan həyatını xilas edib, lakin infeksiyanın ötürülməsini əhəmiyyətli dərəcədə azalda bilməyib.

TASS” -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü keçirdiyi brifinqdə bildirib.

"Vaksinlər ötürülməni əhəmiyyətli dərəcədə azalda bilməyib. Buna görə də hökumətlərin və özəl sektorun təkcə xəstəliyin gedişatını yüngülləşdirən deyil, həm də infeksiyanın özünün qarşısını alan yeni peyvəndlərin hazırlanmasında əməkdaşlıq etməyə və sərmayə qoymağa davam etməsi çox vacibdir. Bizim, həmçinin burun spreyi və ya damcı kimi tətbiqi daha asan peyvəndlərə ehtiyacımız var. Koronavirusla mübarizə üçün yeni peyvəndlər və digər vasitələr hazırlandıqca, onların bütün ölkələr üçün eyni dərəcədə əlçatan olması da artıq dərəcədə vacibdir”, - deyə o vurğulayıb.

Vaksinasiyaya əlavə olaraq, ÜST rəhbəri bütün ölkələri qiymətləndirməni aparmağa və virusun ötürülməsinin gələcək dalğalarına hazırlıq və cavab planlarını yeniləməyə çağırıb.

azərtac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN