Avropanın müxtəlif regionlarında koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, Avropada tətil mövsümü üçün təhlükə mövcud deyil.

 TEZADLAR.AZ AzərTac-a istinadən xəbər verir ki, bu fikri iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni mətbuata verdiyi açıqlamada bildirib. O deyib ki, hazırkı məqamda böyük təşvişə, eləcə də hədsiz narahatlığa və reaksiyaya səbəb olacaq mövqelərdən çəkinməliyik. Çünki vaksinasiya kampaniyaları sayəsində yüksək yoluxmalar təhlükəli səviyyəyə çatmayacaq.

Avropa komissarı, həmçinin bildirib ki, koronavirusun yüksək yoluxuculuğu ilə tanınan “delta“ variantının yayılmasına baxmayaraq, Avropada güclü tətil mövsümü yaşana bilər. Buna görə də P.Centiloni bir sıra Aİ ölkələri tərəfindən birtərəfli qaydada səyahət qaydalarının sərtləşdirilməsini tənqid edib. O bildirib ki, Aİ üzvləri bu istiqamətdə gördükləri tədbirləri koordinasiya etməlidirlər, əks halda birtərəfli aksiyalar Avropada əminsizlik və narahatlıq doğuracaq.

P.Centiloni yekunda qeyd edib ki, hər bir şəxsin pandemiya dövründə rəftarı və qaydalara riayət etməsi, eləcə də vaksinasiya kampaniyası mühüm əhəmiyyət daşıyır. Vaksinasiya kampaniyalarının uğurla irəliləməsi sayəsində bu yay mövsümü ötənilkindən tam fərqli şəkildə keçə bilər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN