Bu il Moskva vilayətində istilik mövsümü sentyabrın 12-də başlayacaq.

Bu barədə regionun Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

"Moskva vilayətinin Energetika Nazirliyi şəhər dairələrinin administrasiyalarına sentyabrın 12-dən sosial müəssisələrə istilik verilməsinə başlamağı tövsiyə edib.

İlk növbədə, məktəblərdə, uşaq bağçalarında və tibb müəssisələrində istilik veriləcək, sonra isə mənzillərdə istilik olacaq”, - məlumatda deyilir.

Bu il payız-qış mövsümünə hazırlıq işləri vaxtından əvvəl başa çatdırılıb.

Rusiyanın Krasnoqorsk, Ramensky şəhər dairəsində, Naro-Fominsk, Ruza, Çernoqolovka və Solneçnoqorsk şəhərlərindəki uşaq bağçalarında və məktəblərdə artıq istilik mövsümü başlayıb.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü hər il noyabrın 15-də başlayır və aprelin 15-ə kimi davam edir.

Bu qayda-qanun hələ sovet dövründən qalıb. Havaların daha tez soyumağa başladığı illərdə  də  "Azəristiliktəchizat" ASC istilik mövsümünü vaxtından əvvəl başlamır. Ötən il də havalar çox tez soyumağa başlamışdı, lakin "Azəristiliktəchizat" ASC-dən bildirildi ki, onlar qanuna tabedilər və onlara deyilən vaxtda, yəni sənəd üzrə noyabrın 15-də mənzilləri istiliklə təchizata başlayacaqlar. Və qurumun istilik mövsümünə tez başlaması üçün Nazirlər Kabineti  müvafiq qərar qəbul edib, əmr verməlidir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN