Stokholmdakı Danderid Xəstəxanasındakı isveçli alimlərin apardığı araşdırmalara görə, COVID-19-un yüngül formasını keçirən şəxslərdə

antikorlar (antitel) ən azı bir il qala bilər. Bu barədə məlumat  klinikanın veb saytında dərc edilib.

Tədqiqatda ötən ilin baharında peyvənd olunmamış, lakin koronavirus keçirmiş könüllülər iştirak edib. Onların arasında Danderidin işçiləri və xəstələri yer alıb. Bir il ərzində həkimlər təbii şəkildə infeksiyaya yoluxan bu  insanların immunitetini  öyrəniblər.

Bunun üçün onlar müəssisənin iki mindən çox işçisindən qan nümunəsi götürüblər. Onların təxminən 19% -də SARS-CoV-2-ə qarşı antikor olduğu aşkar edilib. Bundan əlavə, həkimlər COVID-19 xəstəsi olan yüzdən çox xəstənin qan nümunələrini araşdırıblar.

 Aparılan araşdırmanın nəticələrinə görə, bu xəstəliyi yüngül keçirmiş insanların 80% -dən çoxu  bir il sonra belə ölçülə bilən antikor səviyyələrinə sahibdirlər.

" COVID-19-u yüngül keçirənlərdə  bir il sonra belə,  yaxşı bir antikor reaksiyası görürük" , - deyə alimlər bildiriblər.

Alimlər, həmçinin antikorların hazırda virusun Avropada yayılmış yeni variantına - alfa və delta ştammına qarşı dözümlülük qabiliyyətini də təhlil ediblər və onunla mübarizə edə biləcəyini kəşf ediblər  .

İsveç həkimləri səlahiyyətlilərin tövsiyyələrini yerinə yetirməyi və hətta COVID-19-dan sonra da peyvənd olunmağın vacibliyini israr edirlər.  Alimlərin fikrincə, peyvənddən sonra koronavirus keçirənlərdə antikor səviyyəsi xeyli dərəcədə artır.

 Xatırladaq ki, indiyədək bir çox həkimlər – hematoloqlar, infeksionistlər  COVİD -19-a yoluxub sağalan xəstələrin qanında bu xəstəliklə mübarizə aparan antitellərin, antiscimlərin yarandığını söyləsələr də, hər plazmada yüksək miqdarda immunoqlobilin aşkarlanmadığını bildiriblər. Hətta xəstəliyi yüngül keçirənlərdə virusa qarşı antitelin yaranmadığı da vurğulanıb, yaxud az müddətdə qaldığı söylənilib.

Lakin İsveç alimlərinin son araşdırması ondan xəbər verir ki, bu xəstəliyi yüngül formada belə keçirmiş şəxslərdə antikorların səviyyəsi ən azı 1 il müddətinə qalıçılığını qoruyub saxlayır.

Qeyd edək ki,  antikor testi  bir şəxsin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirir.

 

YASƏMƏN MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN