Baş ağrısı, boyun agrısı, yaxud bel, fəqərə, diz, ayaq, diş, mədə... dəxli yoxdur,

bədənimizin hansı əzası, nahiyəsi ağrıyırsa, ilk yardım kimi  ilk ağlımıza gələn də ağrıkəsici həblərdir. Bu ağrıların hansısa xəstəliyin xəbərçisi olduğunu və ya hansı kiçik səbəbdən qaynaqlanan ötəri bir ağrı olduğunun fərqinə varmadan, ağrıdan tez bir zamanda yaxa qurtarmağı düşünürük.

Lakin bu ağrıkəsicilərin gələcəkdə nələrə səbəb olduğu barədə mütəxəsislər zaman-zaman xəbərdarlıqlar edirlər. Məsələn, nefrologiya mütəxəssisi, Professor  Musa Bali də ağrıkəsicilərdən uzaq durmağı məsləhət görür. Doktor xəbərdarlıq edir ki, ağrıkəsicilər bir neçə saatlığa ağrıları yüngülləşdirsələr də, böyrəklər üçün təhlükə yarada bilərlər və hər dəfə ağrı hiss etdikdə ağrıkəsici qəbul edilməməlidir:

 “Ağrıkəsici qəbul etmək, hətta xroniki böyrək çatışmazlığı və dializə səbəb ola bilər.”

Böyrəklərin sağlamlığını qorumaq üçün nə etmək lazımdır?

Professor Musa Bali  böyrəklərin sağlamlığını qorumaq üçün gündə müəyyən miqdarda su içmək lazım olduğunu bildirir.

 "8-10 stəkan kifayətdir. Məsələn, bir daş varsa, daha çox, 3 litrə yaxın su içilməlidir.  Bundan başqa,  duzlu yeməklər yeməmək, piyada gəzmək, çəki almamaq, xüsusilə - siqaret və alkoqol" , - deyə vurğulayıb .

Bəli, çoxlarının müntəzəm olaraq ağrıkəsici qəbul etmək şakəri var. Amma professorun da vurğuladığı kimi, bir ağrıdan tez yaxa qurtarım deyərkən, özümüzü daha ağır xəstəliyə mübtəla etməyək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN