...Azərbycanda son günlər virusa yoluxma sayı artmaqdadır. Artıq mütəxəssislər həyəcan təbili çalır. Məsələn, bu gün Azərbaycanda bu statistika 400-ə yaxınlaşma yolu tutub.

Qonşu gürcüstanda isə vəziyyət daha kritik həddə çatmaqdadır. Bununla bağlı artıq əhaliyə çağırışlar da edilib. "Ölkədəki epidemioloji vəziyyət xeyli çətinləşib. Hazırkı vəziyyət noyabr ayını xatırladır", -deyə Xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, epidemoloji vəziyyətin yaxşılaşdırılması üçün, virusla əlaqədar qaydalara əməl etmək və peyvənd olunmaq lazımdır: "Qaydalara əməl etməli, hər yerdə maska taxmalıyıq. Maskanı bütün qapalı məkanlarda, həmçinin 5 nəfərdən artıq insanın toplaşdığı açıq məkanlarda da taxmalıyıq. Geniş toplantılardan - toylardan, şənliklərdən, konsertlərdən uzaq durmalıyıq. Epidemioloji vəziyyətin daha da pisləşməsini istəmiriksə, qaydaları qorumalıyıq. Ölkədəki bu günkü vəziyyət bizə noyabr ayını xatırladır. Hazırda ölkədə 4 müxtəlif peyvənd vətəndaşlarımız üçün əlçatandır və insanları peyvənd olmağa çağırırıq", - deyə Qamkrelidze əlavə edib.

***

Qayıdaq Azərbaycana: əhali uzun müddətdir tətbiq edilən sərt karantin rejimindən acıq çıxırmış kimi, bütün şadlıq evləri və restoranlarda hər gün toylar keçirilir. Görünür, bu tələm-tələsik halda şənliklərin keçirilməsidir ki, virusa yoluxma artıb. Hətta iki gün əvvəl Xalq artisti Səməd Səmədov koronavirusdan dünyasını dəyişdi. Ehtiyatı əldən vermədən qaydalara əməl etməliyik...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN