Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) saytında elm adamlarının koronavirusa qarşı antitellərin insan bədənində nə qədər qala biləcəyi barədə araşdırmalar dərc edilib.

Araşdırmaya görə, yoluxan orqanizmdə antitel səviyyəsi yeddi ay sonra da sabit qalır və ya hətta yüksəlir. Mütəxəssislər insanların 75 faizində xəstəliyin başlanmasından beş ay sonra antitellərin sayının artdığını və koronavirusa yenidən yoluxma faktının olmadığını qeyd ediblər.

Həmçinin, soyuqdəymə səbəbindən xəstələnmiş, eyni zamanda koronavirusa yoluxmuş orqanizmdə də antitellərin əlavə qorunmanı təmin etdiyi ortaya çıxıb.

Xatırladaq ki, daha əvvəl Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri, professor Sergey Netesov da COVID -19-a qarşı hüceyrə toxunulmazlığının qorunma vaxtını açıqlamışdı. Onun fikrincə, peyvənddən sonra orqanizmdə antitelin fəaliyyəti, təxminən altı ay davam edir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN