Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 584 nəfər müalicə olunaraq sağalıb, 10 min 281 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1145, bu günə qədər isə ümumilikdə 7 milyon 633 min 559 test icra olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN