Son günlər Azərbaycanda koronavirusa yoluxanların  sayı günbəgün artır və artmaqda davam edir. Avqustun 11-nə olan məlumata görə, yeni  yoluxanların sayı 2000-ni keçib, ölüm sayı da 10-dan çox olub.

Nə baş verir? Bu qədər yoluxmaya səbəb nədir? Xəbər verilir ki, reanimasiyalarda,klinikalarda yer çatışmır və s.

 Bütün dünyanı cənginə alan bu bəladan xilas olmaq üçün müxtəlif tədbirlər həyata keçirilir, məhdudiyyətlər,qadağalar qoyulur. Hər bir ölkədə vətəndaşların sağlamlığını qorumaq dövlətin bir nömrəli vəzifəsidir. Azərbaycan dövləti də pandemiyan elə ilk günlərindən bu sahədə təxirəsalınmaz qərarlar qəbul edərək, vətəndaşlarının virusa yoluxmalarının qarşısını almaq üçün sistemli şəkildə bir sıra tədbirlər həyata keçirib və keçirməkdədir. Azərbaycanda koronavirus əleyhinə görülən tədbirlər ÜST tərəfindən yüksək qiymətləndirilib.

Amma,yuxarıda qeyd etdiyimiz kimi, yoluxmaların sayı artır. Düzdür, qonşu Gürcüstanla, İranla,Qazaxıstanla müqayisdə Azərbaycanda yoluxmaların sayı bir o qədər yüksək deyildir. Məsələnin digər tərəfi “delta” ştammı ilə bağlı müəammalardır. Belə ki, virusun bu növünün başqa ölkələrdə aşkar olunduğu və sürətlə yayılması barədə məlumatlar verilirdi və  hər dəfə də bəyan edilirdi ki, Azərbaycanda ştammın Hindisyan növü, şərti olaraq “delta” adlandırılan  ştammı aşkar olunmayıb.

”Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası tüğyan edir. İyulun əvvəlində ölkədə “Delta” (“Hindistan”) ştammı aşkar edildikdən sonra vəziyyət gün keçdikcə daha da pisləşir. “Son 10 gündə koronavirus infeksiyasının dördüncü dalğasını yaşayırıq və yeni yoluxma sayında artım müşahidə olunur”.

Bu barədə Media.Az-a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

Daha başqa bir mütəxəssis, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və Allerqologiya şöbəsinin həkimi, terapevt-pulmonoloq Günel Sadıqova “Trend”-ə bildirib ki, belə getsə, artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq."İnsanlar elə hesab edir ki, məhdudiyyətlər olmadığından, virus yoxa çıxıb. Amma bu belə deyil. Unutmaq lazım deyil ki, pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni yayılan "Delta" ştammı da bu işə təsir göstərir. Çünki bu ştammın yayılma sürəti olduqca yüksəkdir"-deyə Günel xanım bildirib.

İndi bilmək olmur, yoluxanlar bu ştamma yoluxub, yoxsa virusun əvvəlki variantına? Əhaliyə vurulan peyvəndlər isə virusun əvvəlki variantına qarşıdır və “delta” ştammı üçün təsiri yoxdur.

İkinci sual doğuran məsələ ondan ibarətdir ki, “delta” ştammı Azərbaycanda yox idisə, necə oldu ki, indi peyda oldu? Kim gətiridi bu ştammı? Yarasa variantı daha keçərli deyil. İki ay bundan qabaq mətbuatda belə bir xəbər getmişdi ki, Azərbaycana gələn 31 xarici vətəndaşda bu ştamm aşkar edilib. Gec də olsa, bilmək istəyirik ki, necə olub ki, həmin vətəndaşlar öz ölkələrindən heç bir yoxlama olmadan Azərbaycana gələ biliblər? İndi hardadır o 31 nəfər? Öz ölkələrinə göndərildimi?

Yenə də qayıdaq əsas məsələyə. Bu ştamm Azərbaycanda varsa, o haradan gəlib və necə olub ki,gəlib? Yox, bütün bu xəbərlər qonşu ölkələrdə var deyə biz də mütləq olmalıdır ehtimalıdırsa, belə xəbərlərin verilməsi düzgün deyil. İndi virusun “yota” variantının əmələ gəlməsindən danışırlar. Çox güman ki, bir müddətdən sonra onun da Azərbaycanda olmasını bəyan edəcəklər.

Sonda onu qeyd edək ki, bu “delta” ştammı böyrəklərə son dərəcə mənfi təsir göstərir. Xüsusən də yaşlılar, həmçinin artıq çəki, şəkərli diabet və digər xroniki xəstəliklərə malik olanlar böyük risk altındadır. . İndi ağır xəstələrin əksəriyyətində kəskin böyrək çatışmazlığı və tromboz inkişaf edir.Maraqlısı odur ki, bu virusa yoluxan xəstələr xroniki böyrək çatışmazlığından əziyyət çəkməyən şəxslərdir.

Şakir QURBANOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN