Mərkəzi Gömrük Hospitalında nadir inkişaf qüsuru olan körpə uğurla əməliyyat olunub.

TEZADLAR.AZ xəbər verir ki, körpə Zəhra ilk gündən nadir xəstəliklə dünyaya göz açmışdı. Doğulduqdan 1 gün sonra uşağı müayinə edən Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov uşaqda mürəkkəb uroloji qüsur olan kloakal ekstrofiyasını aşkar etmişdir. Bu qüsur olan uşaqlarda adətən sidik kisəsi açıq olur, qasıq sümük hissələri, biri sağda və digəri solda olmaqla tamamilə ayrılmış vəziyyətdə olur. Buna müvafiq olaraq ön tərəfdəki cinsiyyət orqanları da ortadan iki hissəyə bölünür. Bu inkişaf qüsuruna əlavə olaraq uşaqda kloakal anomaliyası müşahidə olunmuşdur. Sidik kisəsi ilə bağırsağın bir kanalda yerləşməsi qarın və bağırsaqda tıxanıqlığa səbəb olmuşdur.

Dr.Vüsal Cəfərov 10 günlük körpə üzərində diaqnostik endoskopiya və kolostoma açılması əməliyyatı icra etmişdir. 4 saat davam edən əməliyyat uğurla başa çatmışdır. Hazırda uşağın vəziyyəti normaldır. Körpə ikinci ayını tamamladıqda onun üzərində ikinci rekonstruktiv əməliyyatın icrası nəzərdə tutulur.

Qeyd edək ki bu xəstəlik dünyada çox nadir hallarda - hər 6 milyon yenidoğulmuşlardan birində rast gəlinir. Hamiləlik zamanı döldə hər hansı pozğunluğun olması müəyyən edilsə də, cinsiyyət orqanının cüt olması yalnız uşaq dünyaya gəldikdən sonra aşkar edilir.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN