Azərbaycanda bioloji aktiv qida əlavələrinin (BQƏ)  və dərman vasitələrinin istehsalını həyata keçirəcək "Supreme Pharmatech Manufacturing” MMC fəaliyyətə başlayandan sonra bir çox qida tullantılarından da istifadə etməyi nəzərdə tutur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyatı Teleqram kanalına Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov bildirib.

Onun sözlərinə görə, Göyçaydakı bnar email müəssisələri narşərab, nar şirəsi istehsal etdikdən sonra narların qabıqlarını, toxumlarını tullayırlar: “Amma biz bu qabıq və tumları alaraq onları nano hissəcik şəklinə salıb istifadə edə bilərik. Çünki onlar dünyanın ən güclü antioksidantlarından birinin mənbəyidir. Bu xammalı indi ABŞ-dan alırıq. Ancaq artıq bu ixrac xammalını yerli xammalla əvəz etməyi düşünürük. İkincisi, Qubadakı alma email müəssisələrindən alma toxumlarını almağı düşünürük. Üçüncüsü, Şamaxı-İsmayıllı-Qəbələ zonasında şərab istehsalı müəssisələrindən üzümün çəyirdəyini və qabığını almaq istəyirik, çünki onlar da çox güclü antioksidantın mənbəyidir. Üzümün çəyirdəyi və qabığı dünyada çox məşhur satış məhsuludur, sadəcə onu emal edib nano hissəcik şəklinə salıb xammal kimi deyil, hazır ixrac məhsulu kimi ixrac etməyi düşünürük. Azərbaycanda biyan da yabanı halda çox bitir. Biyanı nano hissəcik edib sata bilərik”.