Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Bakının Nəsimi rayonunda H.Əliyev küçəsi, 1 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Əfqan Süleyman oğlu Xəlilova məxsus olan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Müəssisənin Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmədiyi, mətbəx sahəsində ciddi çatışmazlıqların olduğu aşkarlanıb. Həmçinin obyektdə işçilər üçün dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz olunmuş soyunub-geyinmə otağının təşkil edilmədiyi və onların gigiyenik təlimlərdən keçmədiyi müəyyən edilib. Yoxlama zamanı işçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə əlaqədar tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.

Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN