Xərçəng xəstəliyi daşıyan vətəndaşların tam müalicəyə çıxış imkanlarını artırmaq üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramına dəyişikliklər edilib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qərara əsasən, Gürcüstan üzrə bütün xərçəng xəstələri üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları dövlət tərəfindən maliyyələşdiriləcək. Onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var. Yenilik sığortalı veteranlara da şamil ediləcək. Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər şəkildə əlçatan olacaq.

Bildirilir ki, sözügedən dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib.

24news/ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN