İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, yoluxmaların sayı əvvəlki 28 günə nisbətən 63% artıb.

Tezadlar.az xəbər verir ki, ÜST-nin bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 422 538 yoluxma halı və 2 366 ölüm halı qeydə alınıb.

Təşkilat, fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un "əsas təhlükə olaraq qaldığını" bildirib. ÜST ölkələri "erkən xəbərdarlıq, nəzarət və hesabat verməyi dəstəkləməyə" çağırıb, həmçinin koronavirusun ortaya çıxan variantlarını izləməyə və yüksək riskli qruplara gücləndirici peyvəndlər verməyə davam etsin.

İyulun 17-dən avqustun 13-dək Qərbi Sakit okean regionunda xəstələnmənin 97% artması qeyd edilib. Dörd həftə ərzində ən çox yoluxma halı Koreya Respublikasında aşkar edilib - 1209194. Ondan sonra Avstraliya (30402) və Sinqapur (18806) gəlir.

Daha əvvəl Cənubi Afrikada COVID-19-un yeni ştammı ilə ilk yoluxma halı təsdiqlənmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN