"Tapentadol" ağrıkəsici dərmanı Özbəkistanda dövriyyəsi məhdud olan narkotik vasitələrin siyahısına daxil edilib.

Qanunvericiliyə müvafiq dəyişikliklər Nazirlər Kabinetinin 19 avqust tarixli qərarı ilə edilib.

Özbəkistan KİV-nin məlumatına görə, bu dərmanın aşağıdakı ölçüləri (qramla) qeyri-qanuni dövriyyədə aşkar edilərsə, cinayət əməli sayılacaq:

 

kiçik - 0,5 q;

kiçikdən çox - 0,5 - 5 q;

böyük - 5 q-dan çox.

Qeyd edək ki, “Tapentadol” opioid narkotik analjezikdir, morfin və ya oksikodon kimi orta və ya şiddətli xərçəng ağrısı olan insanlar üçün güclü ağrıkəsicidir. Müxtəlif preparatlarda olan bu maddə asılılıq yarada, düzgün istifadə olunmaya, yaxud sui-istifadəyə səbəb ola bilər. Ondan düzgün istifadə etməmə, yaxud sui-istifadəsi  həddindən artıq doza qəbuluna və ölümə səbəb ola bilər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN