İyulun 31-dən avqustun 27-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 1,8 mindən çox insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə yoluxma sayı 38% artıb, ölənlərin sayı isə 50% azalıb.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 412 250 yoluxma halı və 1 888 ölüm halı qeydə alınıb.

Xəstəliyin 113% artması Şərqi Aralıq dənizində qeydə alınıb. O, həmçinin Qərbi Sakit okean regionunda (52%) və Avropada (39%) artıb. Şərqi Aralıq dənizi (33 faiz) və Qərbi Sakit okean regionunda (9 faiz) ölüm hallarında artım qeydə alınıb.

Dörd həftə ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 1 296 710. Ondan sonra İtaliya (26 998), Böyük Britaniya (26 264), Avstraliya (20 628) və Sinqapur (20 432) gəlir. Koreya Respublikası da iyulun 31-dən avqustun 27-dək ən çox ölüm halını qeydə alıb - 596. Sonrakı yerdə İtaliya (192), Rusiya (158), Avstraliya (145) və Çin (135) dayanıb.

Qeyd edəkki, qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə etdi. Təşkilatın saytında dərc olunan 30 avqust 2023-cü il tarixinə olan məlumata görə, dünyada 770 085 713 koronavirusa yoluxma, 6 956 173 ölüm halı qeydə alınıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin sayı ən azı 20 milyondur.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN