Dağıstanda tikilən zibilxanalar ekoloji təhlükə yaratmır.

Bunu respublikanın rəhbəri Sergey Məlikov bildirib.

"Nə xaşxaş tarlası, nə də Sarı-Kum - federal əhəmiyyətli təbiət abidəsi  təhlükə altında deyil. Əgər belə olmasaydı, biz heç vaxt federal ekoloji qiymətləndirmədən keçməzdik”, - deyə Məlikov vurğulayıb.

Xatırladaq ki, yerli sakinlər nadir Sarıqum təpəsinin bilavasitə yaxınlığında zibilxana yaradılmasına etiraz edirlər.

Sarıqum təpəsi Avropadakı ən böyük qum təpəsidir və dünyada ikincidir. Saxara səhrasından - "Böyük Erg" dən daha aşağıdır. Uzunluğu 12 km, eni təqribən 4 km, hündürlüyü isə 250 m-dən çoxdur. Və azərbaycanlı kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında "Səhranın ağ günəşi" filmi də burada lentə alınmışdır.

film-sehra

 Rusiyanın ətraf mühit operatoru da  əmin edir ki, “Bu, zibilxanadeyil, yüksək texnologiyalı təhlükəsiz obyektdir. O, torpağa və havaya təsirini minimuma endirir, yanğın riskini azaldır. Bu unikal layihədir, ölkədə azdır. Dağıstan indi dünya praktikasının tətbiqində təcrübə toplayır”.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN