Hələki müalicəsi tapılmayan xərçəng hər il sıralarımızı seyrəldir...

Təkcə ötən il Azərbaycanda süd vəzi xərçənginin bədxassəli yenitörəmələrindən ölənlərin sayı 8 305 nəfər təşkil edib. Bunun 30 %-i 0-39 yaş aralığında olanlardır. Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı bu bəd rəqəmi səsləndirib. Alimin sözlərinə görə, ötən il süd vəzi xərçənginə görə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub, eləcə də TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra edilib. N.Qasımov onu da bildirib ki, hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir.  Bu da olduqca azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir.

Beləliklə, elm və alimlər də sübut edir ki, xərçəngin müalicəsindən daha çox onun qarşısının alınması və tərəmə səbəblərini aydınlaşdırmaq lazımdır. Düzgün olmayan qidalanma, irsi xəstəlik və bir də qeyri-ənənəvi həyat tərzi əsas səbəblərdən sayılır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN