"Ölkədə epidemioloji vəziyyət artıq sabitləşir və vəziyyət sakitləşir".

 Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. Q, qeyd edib ki, bu gün heç bir vətəndaş dövlət tərəfindən qayğısız qalmır:” Hər kəsə səhiyyə sistemimiz tərəfindən diqqət göstərilir. Buna görə qəhrəman həkimlərimizə bir daha təşəkkür edirəm. Epidemioloqlarımızın və mütəxəssislərimizin sözlərinə görə, vəziyyət artıq sabitləşir. Vəziyyət sakitləşməyə doğru gedir. Vətəndaşların sentyabrın sonuna qədər peyvənd olunmaları və özlərini, valideynlərini, qohumlarını və dostlarını buna təşviq etmələri çox vacibdir", - deyə İ. Qaribaşvili bildirib. Baş nazir qeyd edib ki, bu mövsümü pandemiya ilə mübarizədə uğurla başa vurduq, turizim və iqdisadi sahələr bərpa olundu.

Qeyd edək ki, Gürcüstanda  koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. Son 24 saat ərzində ölkə üzrə 2 262 yeni yoluxma qeydə alınıb, ötən gün isə ölkə üzrə 2 455 yoluxma halı qeydə alınmışdı. Bu gün virusdan 54 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 089 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 84, stasionar nəzarətdə 6 327 nəfər var. 1 918 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. 

Xatırladaq ki, 10 gün əvvəl Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötmüşdü. Və həmin dövrdə Azərbaycan da koronavirusa yoluxma sayına görə Gürcüstanla eyni antirekorda imza atırdı.

Qeyd edək ki, Azərbaycanda da  koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma sayında azalma müşahidə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün Azərbaycanda 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər isə müalicə olunaraq sağalıb. Ötən gün isə Azərbaycanda  2 254 yeni yoluxma faktı qeydə alınıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN