Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

Qeyd edək ki, müvafiq qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.

Eyni zamanda, dərman vasitələrinin ekspertizası “Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN