21 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən müzakirədə Ali Məclisin deputatları, dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, sahə üzrə mütəxəssislər iştirak ediblər.

Komitədən Tezadlar.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq mövzu ilə bağlı Muxtar Respublikada Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva qohum nikahlarının fəsadları, bu cür nikahlarla bağlı qanunvericiliyə nəzərdə tutulan qadağa və dəyişikliklər, mövzu ilə bağlı son illərin statistik göstəriciləri, dövlətin və cəmiyyətin üzərinə düşən öhdəliklər barədə müzakirədə çıxış edib.

Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva Dövlət Komitəsinin sifarişi ilə 2022-ci ildə hazırlanmış “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair analitik hesabat” barədə müzakirə iştirakçılarına məlumat verib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Tibbi genetika üzrə mütəxəssisi Ağarza Ağayev çıxışı zamanı son 5 il ərzində aparılmış tədqiqatlar nəticəsində ölkəmizdə 60 növdən çox nadir xəstəliyin tapıldığını və bu xəstəliklərin 80%-nin qohum nikahları nəticəsində yarandığını bildirərək, qeyd olunan istiqamətdə qadağaların qoyulmasının olduqca vacib olduğunu vurğulayıb.

Müzakirələr zamanı Muxtar Respublikada həkim, tibb elmləri doktoru Gültəkin Əliyeva, Ali Məclisin deputatı Aidə Allahverdiyeva, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, Ədliyyə Nazirliyinin nümayəndəsi  və digər tədbir iştirakçıları mövzu barədə öz fikirlərini bildiriblər. Müzakirələr zamanı cəmiyyətin gələcək rifahı və sağlam ailələrin davamlılığı üçün bu cür nikahlara qadağa qoyulmasının əhəmiyyəti vurğulanıb, maarifləndirmənin davamlı olaraq bütün cəmiyyət üzvləri arasında aparılmasından, ictimai qınağın önəmindən söhbət açılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN