Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 91 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nugzariyə Mamedova məxsus “İstanbul” un məmulatları müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN