Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün müsabiqə elan edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, müsabiqə üzrə sənədlərin qəbulu 20 avqust – 16 sentyabr 2024-cü il tarixlərinədəkdir. Bu müddət ərzində təqdim olunmuş sənədlərin ekspertizası aparılaraq layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

İştirakçının nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri; İştirakçının vergi uçotu haqqında şəhadətnaməsinin surəti; İştirakçının səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti; İştirakçının “Toksiki istehsalat tullantılarının utilizasiyası” lisenziyasının surəti; İştirakçının “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” lisenziyasının surəti; İştirakçının “Ekoloji pasportu”nun surəti; Birgə əməkdaşlıq üçün layihə təklifi; Təklif olunan layihənin icra planı və müddəti; Təklif olunan layihənin xərclər smetası.

Layihələrin qiymətləndirmə meyarları:

layihənin məqsədinin aydınlığı;layihənin innovativliyi;layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;layihə üzrə risklərin təhlili.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla tibbi tullantıların idarə olunmasında təcrübəsi olan və maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçılar cəmiyyətlə və müvafiq sənədlərlə tanış olmaq və “birgə əməkdaşlıq” müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 16 sentyabr 2024-cü il tarixinədək həftənin 1-5-ci günləri, saat 10:00-17:30-dək Abşeron rayonu, Pirəküşkül kəndi Pirəküşkül massivi “Tullantıları İdarəetmə Mərkəzi”nin ofisinə müraciət edə bilərlər.

16 sentyabr 2024-cü il tarixindən sonra təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

- Əlaqələndirici şəxs: Elnur Aydəmir

- e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

- tel.: (+994) 50 268 37 02

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN