“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən növbəti təmizlik aksiyasına bu dəfə “Bank of Baku” qoşulub.

Tezadlar.az-a ETSN-in mətbuat xidmətindən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Bank of Baku”-nun əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı Xəzərin Bilgəh sahili 500 kiloqramdan artıq tullantıdan təmizlənib.

Sevindirici haldır ki, təmizlik aksiyasını görən vətəndaşlar da aksiyaya qoşularaq ətrafdakı tullantıları yığıblar.

May ayından etibarən start verilən Ümumrespublika Təmizlik Marafonu ictimaiyyəti istirahət edərkən tullantıları təyin olunmuş yerlərə atmağa, təmizliyə riayət etməyə sövq etmək məqsədilə keçirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN