“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, Rusiyada koronavirusdan rekord ölüm qeydə alınıb.

Belə ki, bir gündə koronavirus infeksiyasına 27 246 yoluxma halı aşkarlanıb. Bir gün əvvəl, ilin əvvəlindən bəri maksimum- 27 550 yeni yoluxma hadisə qeydə alınıb.

Ölkədə 936 xəstə virus səbəbindən həyatını itirib, bu, pandemiya başlayandan yeni rekorddur. Bir gün əvvəl 924, 6 oktyabrda isə 929 ölüm halı aşkarlanıb.

Virus qurbanlarının ümumi sayı 214 485-ə çatıb.

İki gün əvvəl Rusiyada tüğyan edən koronavirusdan, onun fəsadlarından, rekord sayda ölüm sayından bəhs etmişdik. Bu qədər ölüm sayının olmasına rəsmi dairələrin,səhiyyə nazirliyinin susqunluğu təəccüb doğurur. Heç bir açıqlama verilmir. Amma effektliyi hələ də şübhə doğuran "Sputnik V" vaksinini az qala bütün dünyaya reklam edən Rusiya niyə indi aciz duruma düşüb? Hanı bəs  o vaksinlər? Adamda belə təsəvvür yaranır ki, sanki gün ərzində həyatını itirən o 900-dən çox insan  insan yox, dovşan, nə bilim, başqa məxluqdur və hökümətin bu ölümlərə aidiyyatı yoxdur. Əlbəttə, bizim qonşu dövlətin daxili işlərinə qarışmaq haqqımız yoxdur. Digər tərəfdən, ümumibəşəri dəyərlərdən irəli gələn müddəalardan çıxış etsək, bir insan kimi rus xalqının da taleyinə biganə qala bilmərik və koronavirusdan həyatlarını itirən insanlara çox təəssüflənirik və ümid edirik ki, rus xalqdı da bu bəladan tezliklə xilas olacak və normal həyata qaayıdacaq.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN