Amerikalı həkimlər koronavirus xəstələrinə şiddətli boğaz ağrıları olan zaman dondurma yeməyi məsləhət görürlər.

Həkimlər deyirlər ki, bu desert boğaz ağrısı zamanı kömək edəcək, əsəbləri sakitləşdirəcək və kəskin çəki itkisinin qarşısını alacaq.

Qeyd edək ki, bu barədə “Doktor Piter” də yazılıb.

Omikronun fərqli əlaməti normal yemək və içməyə mane olan  boğazda kəskin və cızma hissi verən ağrıdır. Bu vəziyyətdə həkimlər adətən bulyonlara və yumşaq qidalara keçməyi məsləhət görürlər.

Müqəddəs İosif xəstəxanasının Outoimmun və Revmatik Xəstəliklər İnstitutunun direktoru, tibb elmləri doktoru Robert Lahita omikrona yoluxmuş insanlara, qida rasionuna dondurma əlavə etməyi də məsləhət görür.

 Onun sözlərinə görə, dondurma qıcıqlanmış boğazı sakitləşdirir, xəstəlikdən zəifləmiş bədənə güc verir.

“Koronavirusa yoluxmuş xəstələr bir çox halda kəskin çəki itirirlər. Bunun səbəbi uzun müddət iştahsızlıq ola bilər. Dondurmanın tərkibində isə çoxlu şəkər və yağ var ki, bu da sizin  bu qədər tez arıqlamamağınıza kömək edəcək.

İkincisi, tərkibində süd olduğuna görə, bu məhsul yüksək protein tərkibli bir desertdir”,- deyə professor vurğulayıb.

Bundan başqa, biologiya elmləri doktoru və Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova da dondurmanın koronavirusla mübarizədə faydalarından danışıb. Onun sözlərinə görə, iota-karraginan dondurmaya bir sıra yumşaq konsistensiyalı E407 əlavəsi şəklində əlavə edilir. Alimlərin təcrübələr zamanı aşkar etdiyi kimi, bu maddə ağızdakı virusları məhv edir. Beləliklə, dondurma həm də ən azı bir qədər COVID-19 infeksiyasından qoruya bilər.

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN