Bu gün ölkədə koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunub.

Yerli KİV-in məlumatına görə,  son 24 saat ərzində ölkə üzrə 8 728 yeni yoluxma halı qeydə alınıb ki, bu da ötən günlə müqayisədə xeyli çoxdur - dünən 7521 yoluxma sayı qeydə alınmışdı.

Bu gün virusdan 43 nəfərin ölməsi ilə bərabər, indiyədək  14 555 nəfər həyatını itirib.

Xatırladaq ki, ötən ilin oktyabr ayının ortalarından Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı kəskin artmağa başlayıb. Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Çerçvadze də koronavirusa yoluxma hallarının bu qədər artımını (2 mindən 5 minədək),  artıq ölkədə beşinci dalğanın başlaması ilə izah etmişdi.

Bir neçə gün əvvəl isə Gürcüstanda koronavirusun  "omikron" ştammına yoluxanların sayının 1000 nəfərdən çox olduğu və onlarını sayının artıq xaricdən gəlmə deyil, daxili yoluxmalar nəticəsində artdığı bildirilmişdi. Və belə görünür ki,  ölkədə gündəlik yoluxma sayının günbəgün artan sıçrayışı, sürətli yoluxuculuq qabiliyyətinə malik olan "omikron"un dominantlıığından da baş verə bilər... 

Qeyd edək ki,  əhalisinin sayı 4 milyona yaxın olan ölkədə indiyədək əhalinin 1 433 221 nəfəri (36,03%-i) vaksin vurdurub, onlardan 1 199 306 nəfəri (30, 15%-i) isə hər iki vaksini alıb.

Gürcüstanda COVİD -19 əleyhinə vaksinləşmə 29.03.2021-ci il tarixdən başlayıb. Ölkədə Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing, Sinovac vaksinlərindən istifadə edilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN