Bu məqalədə hamiləlik dövründə qidalanma üzrə mütəxəssislər ən yaxşı hesab etdikləri ərzaqlardan məlumat verirlər

 

Hamiləlikdə dövründə qidalanma üçün ən yaxşı 10 ərzaq 

"TƏZADLAR" fmc.az-a (FAMİLY MEDİCAL CENTR) istinadən xəbər verir ki, gələcək analar daima yediklərinə fikir verməli, qəbul etdikləri qidanın körpələri üçün xeyirli olub-olmaması haqqında düşünməli olurlar. Ətrafda olan məlumatlarda zidiyyətlərin çoxluğunu nəzərə alsaq, anlayırıq ki, belə vəziyyət çox yorucudur. Balıq xeyirlidirmi, yoxsa tərkibində çoxlu miqdarda civə var? Ət zülal mənbəyi kimi vacibdirmi, yoxsa həddindən artıq yağlıdır? Yumurta yemək olarmı, yoxsa tərkibində həddindən artıq çox xolesterin var?

Təəccüblü deyil ki, bütün bu düşüncələr sizi həvəsdən sala bilər, sizdə, əhval-ruhiyyənizin  qalxması üçün şokolad yemək istəyərsiz. Lakin bunu etməyin! Və yaxud heç olmasa əvvəl bizim məqələni oxuyun. Sizə və körpənizə tələb olunan qida maddlərini almağınızdan əmin olmağın bir çox üsulları var. Bu məqalədə hamiləlik dövründə qidalanma üzrə mütəxəssislər ən yaxşı hesab etdikləri ərzaqlardan məlumat verirlər. Bu ərzaqların hamısını sevməyiniz vacib deyil, sadəcə xoşladıqlarınızı seçin.

Hamiləlik vaxtı  yumurta

Cəmi bir yumurtada xeyirli maddələrin sayı olduqca çoxdur. Kalori miqdarı isə cəmi 90-dır!.

12 vitamin və mineraldan başqa, yumurtada hamilələr üçüb vacib olan  çox miqdarda zülal var. Körpənizin hüceyrələri “həndəsi silsilədə”  böyüyür və hər biri zülaldan ibarətdir. Bundan əlavə, hamilə olduğunuzdan sizin də  zülala tələbatınız var. Eyni zamanda yumurta sinir kanalının inkişaf qüsurlarının qarşısını almaqda kömək edən xolin adlanan maddə ilə zəngindir. Bəzi yumurtalarda  beyinin və görmə qabiliyyətinin inkişafı üçün zəruri olan omeqa-3 yağlı turşuları mövcuddur (çox vaxtı tərkibində omeqa-3 turşuları olan yumurtaları istehsal edən fabriklər bunu qablaşdırmada qeyd edirlər).  Bəs yumurtada olan ziyanlı xolesterin necə? Sübüt olunub ki, dolğun yağların istifadəsi orqanizmdə tərkibində təbii xolesterin olan ərzaqlardan daha çox xolesterin səviyyəsini artırır. Baxmayaraq ki, yumurtada xolesterinin miqdarı yüksəkdir, onların tərkibindəki  dolğun yağların miqdarı cüzidir (bir yumurtada cəmi 1,5 qr.)

Diyetoloqlar hesab edirlər ki, səhhətində problem olmayan və qanda xolesterinin səviyyəsi normal olan, tərkibində dolğun yağların miqdarı az olan pəhrizə riayət edən qadın gündə 1-2 yumurta yeyə bilər.

Yumurtanın başqa üstünlükləri də var – qiyməti ucuzdur, onlardan az vaxtda və asanlıqla müxtəlif yeməklər hazırlamaq olar. Həddindən artıq yorğun olduğunuz vaxtda, sadəcə iki yumurtanın soyutmasını və ya qayğanağını hazırlamaq olar.

Hamiləlik dövründə qızılbalıq

Qızılbalığın tərkibi yalnız yüksəkkeyfiyyətli zülalla deyil, həmçinin omeqa-3 yağlı turşuları ilə zəngindir.  Bundan əlavə, qılınc balığı, kral skumbriyası, kafelnik və köpək balığından fərqli olaraq, qızılbalığın tərkibində uşağınızın sinir sisteminin inkişafına zərər vura bilən metilcivənin miqdarı çox azdır. Orqanizmin civə ilə həddindən artıq doydurmasının qarşısını almaq üçün, mütəxəssislər həftə ərzində 340 qr. çox olmamaq şərtilə qızılbalıq və tərkibində civə miqdarı aşağı olan digəq balıqlar, məsələn, açıq rəngdə tunes, sayda balığını məsləhət görürlər.

Hamiləlik dövründə paxlalılar

Lobya, mərci, qara lobya, xal-xal lobya, noxud … Çeşid genişdir! Bütün tərəvəzlərdən məhz paxlalılar ən çox qida lifləri və zülalla zəngindir. Siz artıq zülalın hamiləlik dövründə vacib olmasını bilirsiniz. Lakin qida lifləri haqqında ola bilsin birinci dəfədir ki, eşidirsiniz, halbuki, bu maddə körpənizi gözlədiyiniz 9 ay ərzində ən yaxşı dostunuz ola bilər. Hamiləlik vaxtı mədə-bağırsaq yolunun işi ləngiyir, bu isə qəbzlik və babasil problemilə nəticələnə bilər. Qida bu problemlərin qarşısını ala bilər və ya onları həll edə bilər.

Bundan əlavə tərkibində  qida lifləri olan ərzaqlar kifayət qədər doydurucudu. Bu dəmir, folatlar, kalsiy və sinkın əla mənbəyi olan paxlalılara da aiddir.

Şirin kartof və digər narıncı tərəvəzlər hamiləlik dövründə

Şirin kartofun narıncı rəngi tərkibində orqanizmdə A vitamininə çevrilən bitki mənşəli piqmetin-  karotinoid maddəsinin olması ilə bağlıdır.   Baxmayaraq ki, “hazır” A vitamının (qara ciyər, süd, yumurta kimi heyvandarlıq ərzaqlarında olan) həddindən artıq qəbulu təhlükəli ola bilər, karatinoidlərə bu aid edilmir. Orqanizm bu maddəni ona lazım olan miqdarda A vitamininə çevirir. Bu səbəbdən A vitamini ilə zəngin olan meyvə və tərəvəzlərin miqdarını azaldmağa ehtiyac yoxdur.   Şirin kartof, həmçinin vitamin C, folatlar və qida lifləri  ilə zəngindir. Ondan bir sıra müxtəlif xörəklər hazırlana bilər. Kök, balqabaq, pomidor, itburnu və bəzi narıncı meyvələrin tərkibində də karotin (vitamin A) var.

Hamiləlik dövründə popkorn və digər dənli bitkilər 

Bəli, siz düz oxumusunuz “popkorn” . O da, həmçinin dənli bitkilərə aiddir. Dənli bitkilər E vitamini, selen və orqanizm hüceyrələrini mənfi təsirdən qoruya bilən fitonutriyentlər kimi qida lifləri və qida maddləri ilə zəngin olduqlarından hamiləlik dövründə xeyirlidilər. Lakin popkornla məhdudlaşmaq lazım deyil. Yulaf yarması, buğda çörəyi , qarabaşaq, arpa yarması kimi dənli bitkiləri də unutmayın.

Hamiləlik dövründə qoz

Balıq və ya yumurta xoşlamırsız, lakin körpənizin onun beyninin inkişafı üçün mühüm olan  omeqa-3 turşularını qəbul etməsini istəyirsiniz? Diyetoloqlar qozdan istifadə etməyinizi məsləhət görürlər. Bu bitiki məişəli  omeqa-3 turşularının ən zəngin mənbələrindən biridir. Bir ovuc qoz əla qəlyanaltı və ya salata əlavə ola bilər.

Yoqurt, ryajenka (kəsmik), qatıq hamiləlik dövründə

Süd məhsulları – gələcək analar üçün zəruri olan kalsi mənbəyidir. Əgər siz qida ilə lazım olan miqdarda kalsi qəbul etməsəniz belə,  kalsi istənilən halda orqanizmin daxili ehtiyatlarında uşağa çatacaq, lakin  bu  sizin sümüklərinizi və dişləriniz zəiflədəcək  .

Diyetoloqlar hesab edirlər ki, gələcək anaların əsas məqsədi  özünü qurban etmədən körpəni bütün tələb olunan qida maddələri ilə təmin etməkdir. Kalsi sizə övladınızın sümükləri formalaşan zamanı öz sümüklərinizi qorumaq imkanın verir.

 Tünd rəngli göyərti, yarpaq tərəvəzləri hamiləlik dövründə.

İspanaq , kələm, kahı yarpaqları (manqoldç aysberq və digərləri) – gida maddələri və A, C, K vitaminləri  və folatlar daxil olmaqla, vitaminlarlə zəngin yaşıl yarpaq tərəvəzləridir. Bundan əlavə onların görmə qabiliyyətinə müsbət təsir etmələri təsdiqlənib.  .

Yavan  ət hamiləlik dövründə

Diyetoloqların fikrinə görə, yavan  ət yüksək keyfiyyətli zülalın əla mənbəyidir. Əti alarkən yağsız olanı seçin.  Ətlərin bütün növləri arasında diyetoloqlar donuz əti və mal ətini seçirlər, çünki onların tərkibində zülaldan başqa, xolin də mövcuddur.

Dükanda hazırlanmış ət məhsulları və hot-doqları  yeməyin.  Onlar isti ilə hazırlansa da, uşağınızın onların vasitəsi ilə listeriya, toksoplazmalar və ya salmonellalar kimi bakteriya və parazitlərə yoluxmaq riski qalır.

Rəngli meyvə və tərəvəzlər hamiləlik dövründə

Yaşıl, qırmızı, narıncı, sarı, bənövşəyi və ağ meyvə və tərəvəzlərin qidaya istifadəsi körpənizin orqanizmini müxtəlif vitaminlər, minerallar və antioksidantlarla təmin edir. Müxtəlif  meyvə və tərəvəzlərin hamiləlik dövrünün sonunda istifadəsinin bir başqa üstünlüyü də var: körpə yeməyin dadına amniotik mayeni udmaqla baxacaq. Belə ki, siz uşağınızı hələ ana bətnində olarkən xeyirli meyvə – tərəvəzlərin tamı ilə tanış etsəniz, ehtimal var ki, o gələcəkdə də onları tanıyıb iştaha ilə yeyəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN