Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 276 yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 696 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 142, bu günə qədər isə ümumilikdə 6 607 460 test icra olunub.

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN