May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib   

TEZADLAR.AZ xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin may ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib. 

Belə ki, may ayında dövlət tibb müəssisələrinə 809 586 şəxs 1 464 654 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 515 698 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 %-ni uşaqlar, 71 %-ni isə böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin sistemin xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür.  

Bakı şəhəri üzrə tibbi statistik göstəricilərə əsasən, bu ilin may ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 312 819 şəxs 604 237 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 380 369 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür.  

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.

Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59 %-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür. 

63 şəhər və rayon üzrə tibbi statistik göstəriciləri isə belədir:

Cari ilin may ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 512 615 şəxs 860 417 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 135 329 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59 %-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür. 

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Balakən, Xaçmaz, Abşeron, Quba, Yevlax və Zaqatala rayon mərkəzi xəstəxanaları.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN