Görkəmli rus yazıçısı  Lev Tolstoy  1828-ci ilin 9 sentyabrında Tula  quberniyasında anadan olmuşdur.

Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinqkimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri"ni yazır.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862- ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə "Hərb və sülh" romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirib, onun "Hərb və sülh" romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. "Hərb və sülh"dən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olmuşdur.

Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü" (1884-86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887-1889), "Sergi ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazmışdır.

Tolstoy və Azərbaycan

O, hələ 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda yazırdı ki, Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.

  1. Tolstoyun hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L.Tolstoyun əsərlərinə Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində geniş yer verilib.

1894-cü ildə Bakı şəhər rus-müsəlman məktəbinin direktoru Sultanməcid Qənizadə L.Tolstoyun “Birinci araqçəkən” komediyasını azərbaycan dilinə tərcümə edib və ona həvəskar səhnədə quruluş verib.

1895-ci il dekabrın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında Lev Tolstoyun “Zülmətin hakimiyyəti” pyesinin premyerası oldu.

Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri Rəşidbəy Əfəndiyev və Abbas Səhhət bu işdə Lev Tolstoyun “Əlifba” kitabının prinsipini, yəni qrammatik qaydalarla oxu prosesində tanış olmaq prinsipini əsas götürüblər.

Tədris rus dilində aparılan müxtəlif şəhər orta təhsil müəssisələrinin şagirdləri də uşaq əsərlərinin tərcüməsi ilə məşğul olublar. İlk belə bir cəhdi Bakı şəhəri 2 nömrəli rus-müsəlman məktəbinin şagirdi Hacıağa Abbasov (sonralar Azərbaycanın Xalq artisti) göstərib. “Allah gec eləyər, güc eləyər” hekayəsi onun tərcüməsində 1906-cı ildə nəşr olunub.

1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və L.Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya hədiyyə edir. L.Tolstoy isə ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.

  1. Qənizadə nəinki L.Tolstoyun ömrünün sonunadək yazıçı ilə məktublaşır, xalq maarifi məsələləri ilə bağlı ondan məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.

  20 noyabr 1910-cu ildə  82 yaşında Tambov şəhərində vəfat edib.

Lev Tolstoyun həyat yoldaşı Sofiya və onların qızı Aleksandra

Lev Tolstoyun oğlu İlya Tolstoy

Lev Tolstoy və nəvələri

Lev Tolstoy və Anton Çexov (Yalta, 1900)

Lev Tolstoy (1908)

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN