Dünyanın ilk lazer silahı olan pilotsuz təyyarəsi Türkiyədə sınaqdan keçirilib...

"Təzadlar" "Ria Novosti"yə istinadla bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb. Belə ki, dünyada ilk Türkiyə istehsalı olan “Eren” lazerlə işləyən pilotsuz uçan aparatı 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb. Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək. Müdafiə şirkətləri TÜBİTAK və Asisguard tərəfindən hazırlanan “Eren” pilotsuz uçan aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmə qabiliyyətinə malikdir. "Eren"in maksimum uçuş hündürlüyü 3000 metrdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN