Dünya Rusiyanın Ukraynaya qarşı yönəlik təcavüzünü və işğalçılıq hərəkətini qınamaqla, Rusiyanın bütün sahələrdə blokadaya salınması prosesini də tələb edir...

Ukrayna Prezidentinin rəsmi Telegram kanalı yazır ki,  bu gün Ukraynanın baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixail Fedorov Google, YouTube, Netflix, Facebook və Instagram rəhbərliyinə Rusiya vətəndaşları üçün bu şirkətlərin xidmətlərini bağlamaqla bağlı xahiş edib. Nazir bunu belə izahlayıb ki, bloklamada məqsəd rusları informasiya əldə etməkdən məhrum etmək deyil, gənclərə, fəal və düşünən əhaliyə müraciət etməkdir. Bundan əvvəl Fedorov Rusiya ərazisində “Apple Store”-un bloklanması tələbi ilə Apple şirkətinin baş direktoru Tim Kuka müraciət etmişdi. Bu gün o bildirib ki, Rusiya artıq Apple Pay-a çıxışda problemlərlə üzləşir.

 Dünya ictimaiyyəti inanır ki, belə blokadalar Rusiyanı işğalçılıq siyasətinə son verməsinə və əməllərinə yenidən baxmağa vadar edəcək.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN