Ukraynanın İT şirkətləri və qlobal sosial media resursları da Rusiyaya qarşı vuruşmanı davam etdirirlər.

Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“1. Ukraynanın bir İT şirkəti düşmən saytlarını bloklayan kompüter oyunu hazırlayıb.

 Döyüşlərdən uzaqda yerləşən Lvov şəhərinin IT mütəxəssisləri Playforukraine.live (“Ukrayna üçün oyun oyna”) brauzer oyunu hazırlayıblar.

Mütəxəssislər bu oyunu, evdə oturaraq Ukraynaya necə kömək edə biləcəyini düşünənlər üçün, xüsusən də uşaqlar və gənclər üçün hazırlayıb.

Belə ki, oyunçudan adi hesab biliyi tələb edən oyunun məntiqi elə qurulub ki, oyunçunun hər bir hərəkəti Rusiyaya məxsus bəlli internet resurslara trafik axını yaradır, nəticədə isə bu internet resurslar tab gətirməyərək bloklanır.

Bir saatlıq oyunda bir oyunçu saytları bloklamaq üçün təxminən 20.000 sorğu göndərir.

Hansı saytların hücuma məruz qalacağaı açıqlanmayıb. Ukraynadan bu oyunu oynamaq istəyənlərə İP-ni gizlətmək üçün VPN-dən istifadə tövsiyə edilib.

2. Daha bir İT şirkət orduya dəstək üçün blokçeyn əsaslı iki xeyriyyə fondu yaradıb.

Şirkət NFT kolleksiya hazırlayıb və onun satışından əldə olunan vəsaitin Ukraynaya dəstək üçün yönəldiləcəyi bildirilib.

Maraqlı məqam odur ki, NFT-lərin məzmunu Ukraynada gedən müharibə ilə, Rusiyanın işğalçılığı, Ukraynanın azadlığı uğrunda mübarizə ilə bağlıdır. Kolleksiyaya 20 NFT daxil edilib.

3. Dünyanın kriptovalyuta birjaları və İT şirkətləri də Ukraynaya dəstək verirlər (Müharibədən bir neçə gün öncə bu ölkədə kriptovalyutalara hüquqi status verən qanun qəbul edilmişdi).

 Bir neçə İT şirkətləri birləşərək “Unchain Found” yaradıblar. Fond humanitar məqsəd daşıyır. Fond kriptovalyuta və ənənəvi valyuta ilə ianələr qəbul edir, humantar yardım işlərini koordinasiya edir, əhalinin evakuasiya işlərinə kömək edir.

4.Ukraynanın Rəqəmsal Transformasiya nazirinin “İT ordu” təşəbbüsünə İT şirkətlər ciddi reaksiya veriblər.

Həm daxili internet resursların, milli şəbəkənin qorunması və həm də düşmən tərəfə kiber hücumların təşkil edilməsi istiqamətində təşkilatlanmış formada fəaliyyətə başlayıblar.

Kiber hücum siyahısına Rusiyanın ən nəhəng dövlət, özəl, hərbi və bank internet resursları daxil edilib.

5. Google Ukraynaya dəstək məqsədilə bir sıra servislərinə dəyişiklik edib.

Google Maps -da Ukrayna üçün real vaxt trafiki dayandırılıb. Yəni, Ukrayna yollarında, mülki obyektlərdə və digər strateji sahələrdə real vaxtdakı vəziyyəti öyrənmək imkanı bu resursda bloklanıb. Ukrayna üçün real vaxtda maşınların, insanların hara yığıldığını müəyyən etmək mümkün olmayacaq. Google bu addımı Ukrayna tərəfin mütəxəssiləri ilə məsləhətləşmə əsasında , Rusiyanın mülki obyektlərə hücumunda Rusiya kəşfiyyatının bu məlumatlardan istifadənin qarşısnı almaq üçün edildiyini açıqlayıb.

“Meta” şirkəti isə Facebook və İnstagramda Ukraynaya qarşı dezinformasiya yayan Rusiyanın dövlət və özəl informasiya resurslarınıın qarşısnı almaq üçün, Ukrayna vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün zəruri addımların atıldığını açıqlayıb.

Twitter də humanitar yardımın təşkilində, Rusiya ərazisindən yeni istifadəçilərin qeydiyyatdan keçirilməsinə imkan verməməklə Ukraynaya dəstək göstərir.

6.Ötən gün Pavel Durov Telegram-ı Ukrayna ərazisində bloklayacağını bildirmişdi.

 O, bu addımı guya saxta xəbərlərin paylaşımı ilə izah etmişdi. Onun bu açıqlamasından sonra, tərəfli mövqe tutması, işğala haqq qazandırmsı ilə bağlı Telegram izləyiciləri arasında ciddi ictimai qınaqlar olmuşdu.

Bundan sonra Durov yenidən açıqlama verərək, hər hansı məhdudlaşımanın olmayacağını bildirib”, - deyə Osman Gündüz qeyd edib.

Xatırladaq ki, bir neçə ay öncə Rusiya  Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edirdi.

Lakin cavabında bildirildi ki, NATO genişlənməməyə zəmanət verə bilməz, lakin Şərqi Avropanın yeni ölkələrinin alyansa daxil olması məsələsi də gündəmdə deyil.

Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə isə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Hazırda Ukrayna ərazisində qızğın döyüşlər gedir.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN