Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. 

Belə ki, yanvar-mart ayları ərzində 73.346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17.979-u (24,5 %-i) ilkin, 55.367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10.837-si fərdi yaşayış və bağ evi, 19.253-ü mənzil, 40.572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1.649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü  isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19.776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN