Dövlət İmtahan Mərkəzi tərəfindən 4 fevral 2022-ci il tarixində

“Müxtəlif kompüterlər və kompüterlə əlaqəli avadanlıqların satınalınması” ilə əlaqədar dərc edilmiş açıq tenderdə " AE UNION" MMC qalib elan olunmuş və həmin şirkətlə 15 aprel 2022-ci il tarixində müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Bu barədə Dövlət İmtahan Mərxəzi (DİM) məlumat yayıb.

 

Şirkət haqqənda nələri bilirik?

 

Qeyd edək ki, bu şirkət 2015-ci ildə yaradılıb və Azərbaycanda aparıcı İT şirkətlərindən biri sayılır. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, “AE Union” MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir.

AE Union şirkəti Hewlett Packard Enterprise və Aruba şirkətlərinin, HP Incorporated, Canon, Lenova, Cİsco, Zebra, DELL EMC, Ugreen və dünyanın 20-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi partnerudur.

 AE Union şou-rumundan HPE, HPI, Acer, Lenovo, Microsoft, APC by Schneider Electric və bir çox dünyanın aparıcı şirkətlərinin noutbuk və fərdi kompyuterləri, monitorları, proqram təminatı, server və şəbəkə cihazlarına kimi geniş çeşiddə məhsullar və xidmətlər təqdim edilir.

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN