Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, o cümlədən bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlakının müxtəlifliliyi investorların, alıcıların daha çox cəlb edilməsinə istiqamətlənib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin ilk 5 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-may ayları ərzində hərrac vasitəsilə 11 faydalı qazıntı yatağı istismara verilib.
***
Qeyd edək ki, bu gün keçirilən hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda satılan avtomobillər əsasən Avropa, Amerika istehsalıdır və onların buraxılış tarixi 1996-2011-ci illər arasında dəyişir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/39tyQPJ)
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 21 və 28 iyun tarixlərində keçiriləcək.
Y.MƏMMƏDLİ