İraqın Gürcüstandakı səfirliyi Kərbala ziyarətinə yola düşmək istəyən Gürcüstanlı zəvvarlara viza verməkdən boyun qaçırır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına Marneuli İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev məlumat verib. Onun sözlərinə görə, bir neçə müddətdir ki, yaxın günlərdə vizaların verilməsi ilə bağlı vədlər verilsə də, lakin son anda bu vəd yerinə yetirilmir və diplomatik korpusdan bununla bağlı konkret bir açıqlama da verilmir. Hazırda Gürcüstanın bir neçə şəhər və rayonlarından olan incanlı şəxslər səfirlik önündə etiraz aksiyası keçirir və səfirlikdən tez bir zamanda vizaların verilməsini tələb edirlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN