Fotoda gördüyünüz məkan Bakı Bulvarı ərazisində yerləşir.

Həm xarici turistlərin, həm də yerli əhalinin ən çox üz tutduğu bulvar ərazisində bir çox istirahət  və alış- veriş mərkəzləri, həmçinin kafelər fəaliyyət göstərir. Əlbəttə, iri ticarət mərkəzlərinin daxilində yerləşən  kafe və restoranlar da var ki, onlar da ziyarətçilərə xidmət göstərirlər

 Qiymətlər müxtəlifdir. Açıq hava məkanında yerləşən kafelərdən birinin menyusunu sizə təqdim edirik. İlk baxışdan nəzər saldıqda görürsən ki, qiymətlər o qədər də kəllə-çarxa qalxmayıb və hər şey normaldır... Lakin qəribəsi budur ki, fotoda da gördüyünüz kimi, kafenin menyu lövhəsi də, adı da əcnəbi dildədir.

Bunun xarici ölkə vətəndaşları üçün nəzərdə tutulduğu anlaşılır. Lakin onu da nəzərə alaq ki, belə məkanlara müraciət edənlərin əksəriyyəti yerli vətəndaşlardır.

Bu gün lazım gəldi, gəlmədi bir çox məkanlara əcnəbi dillərdə  və əcnəbi adların verilməsi dəb halını alıb. Bu barədə çox deyilib, çox da yazılıb. Sanki əcnəbi dildə yazılan menyular, reklamlar, müxtəlif profilli obyekt adları həmin məkanın daha kreativ, daha bahalı, daha elit… olduğunu sübut edəcək və insanlar həmin məkanlara axın edəcək…

 Lakin heç nəyə baxmayaraq, ana dilimizin qüsursuz təbliği maddi gəlirlərdən üstün olmalıdır.

Və dilimizə hörmət etmək də hər birimizin borcu və vəzifəsidir.

Biz bu gün ölkəmizdə fəaliyyət göstərən əcnəbi vətəndaşlara, iş adamlarına nümunə olmalıyıq.

Dilimizi uca tutmadıqca, ona dəyər vermədikcə  üz tutduğumuz  klinikalarda da, istirahət mərkəzlərində də, ticarət obyektində də… bizi əcnəbi dilidə danışmağa məcbur edəcəklər…

Və buna doğru getdiyimiz açıq-aşkar sezilməkdədir…

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN