Bu gün NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı

demək olar ki, başa çatmış prosesi müzakirə etmək üçün "yaxın gələcəkdə" Türkiyəyə səfər edəcəyini bildirib.

Ukrayna KİV-nin məlumatına görə, o, bunu Rumıniyanın baş naziri Nikolae Çuka ilə birgə mətbuat konfransında deyib.

Stoltenberq İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı sualı cavablandırarkən “İsveç və Türkiyənin birgə memorandumu həyata keçirmək üçün birgə çalışmasını alqışlayıram” , - deyib.

 İsveç baş naziri Ulf Kristerssonun da Ərdoğanla görüşəcəyini xatırladan Stoltenberq yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.

Stoltenberq əmindir ki, İsveç və Finlandiyanın üzvlüyü 30 üzv ölkənin parlamentində ratifikasiya olunacaq.

Məlum olduğu kimi, Türkiyə və Macarıstan hazırda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyən yeganə ölkələrdir.

***

Xatırladaq ki, bununla bağlı Türkiyənin öz səbəbləri və şərtləri var.

Beləki, elə ilk gündən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etmişdi ki, “ Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir”.

 ...Avqust ayında isə Finlandiyanın paytaxtı Helsinkidə   - Türkiyə, Finlandiya və İsveç tərəfindən yaradılmış Birgə Daimi Mexanizmin ilk iclası keçirilib. Finlandiya və İsveç Türkiyənin tələbləri ilə bağlı öhdəlik götürüblər.

 Beləliklə, Finlandiya və İsveçin götürdüyü öhdəlik siyahısına daxildir: terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə separatçı terror təşkilatı PKK, PYD, YPG və FETÖ-yə dəstək verməmək.

***

 Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Ulf Kristerssonun ölkəsinin NATO-ya qəbulu məsələsi ilə bağlı görüş istədiyini və  görüşü qəbul etdiyini açıqlamışdı.

 Eyni zamanda Türkiyə lideri vurğulamışdı ki, İsveçin NATO-ya qəbulu ilə bağlı məsələlərə Ankaranın rəyi dəyişməyib...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN